Bakıda polisə atəş açan şəxs zərərsizləşdirildi
Kriminal
05.09.2024 03:23
Paytaxtın Sabunçu rayonunda
narkopritonda silahlı insident olub.
DİN-in Mətbuat
Xidmətindən TodayPress-ə bildirilib ki, sentyabrın 4-də
saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən
evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan
məlumat üzrə əməliyyat keçirilib.
Əməliyyat
tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel
silahı tətbiq olunmaqla zərərsizləşdirilib.
Müəyyən edilib
ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif
maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğludur.
Hadisə yerindən 2
kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq
götürülüb.
Fakt üzrə
araşdırmalar davam etdirilir.
tag: Polis,DİN,Atışma,Müqavimət, Sabunçu,todaypress.az,