Bakıda avtobusda cibgirlik edənlər tutuldular

Kriminal

05.06.2024 13:51

Bakıda cibgirliklə məşğul olan şəxslər polis tərəfindən saxlanılıb. 

TodayPress xəbər verir ki, 38 saylı avtobusda bir sərnişinin 327 manatını oğurlayan 1972-ci il təvəllüdlü Vüqar Həsənov və 1963-cü il təvəllüdlü Akif Zeynallı tutulublar. Onların paytaxtda müxtəlif avtobuslarda 60-dan artıq şəxsin pulunu cibgirlik edərək ələ keçirdikləri məlum olub.

Qeyd edək ki, Vüqar Həsənov (“Cibgir Vüqar”) əvvəllər də eyni əməllərə görə saxlanılıb və dəfələrlə məhkum olunub. Araşdırmalar aparılır.

tag: Cibgirlik, Bakı, Avtobus, Oğurlamaq, Polis, todaypress.az,