Bakıda aktyor və arvadı qətlə yetirildi

Kriminal

23.10.2024 10:17

Bakıda ər və arvadı qətlə yetirilib.

TodayPress xəbər verir ki, bu barədə  DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, İosif Tkaç Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. O, bir sıra tamaşa və filmlərdə rol alıb.

tag: Qətl, Kriminal, Aktyor, DİN, Araşdırma,todaypress.az,