Bakıda 2 nəfər spirtdən öldü
Bakıda daha 2 nəfər texniki spirtdən
zəhərlənərək ölüb.
TodayPress "Lent.az"a istinadən xəbər
verir ki, hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb.
Belə
ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımov və Nizami rayonunda 53 yaşlı A.
İsayev etil spirtindən zəhərlənərək ölüblər.
Qeyd
edək ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15
nəfər etil spirtindən zəhərlənərək ölüb. Məsələ ilə bağlı Sabunçu Rayon
Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
tag: Bakı, Spirt, Sabunçu, Nizami, Ölüm, Cinayət, todaypress.az,