Azərbaycanda FHN əməkdaşı iş yoldaşını güllələdi

Kriminal

10.06.2024 17:20

Gəncədə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşının mübahisəsi qanla bitib. 

TodayPress-in məlumatına görə, mübahisə zamanı onlardan biri digərini odlu silahla güllələyib. 

1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Qeyd edək ki, hadisə həmin şəxslərin VAZ-2106 markalı avtomobillə hərəkətdə olan zaman baş verib. Güllələnərək öldürülən şəxs sükan arxasında olub. Hadisədən sonra avtomobil aşıb.

tag: Azərbaycan, Gəncə, Fövqəladə Hallar Nazirlik,Mehrac Əsədov, todaypress.az,

photo