Axtarışda olan dörd nəfər Azərbaycana ekstradisiya edildi

Kriminal

29.08.2024 03:23

Xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq uğurla davam etdirilir.

Bu barədə TodayPress-ə Baş Prokurorluqdan verilən məlumatda bildirilib.


Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.


Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.08.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

 

 

tag: Axtarış, Rusiya, Azərbaycan,Cinayət, todaypress.az,