Ağdamda "Xaşxaş 2024" əməliyyatı keçirildi
Kriminal
12.06.2024 10:40
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan TodayPress-ə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Cinli kəndində yabanı halda bitən 4 tona yaxın 22313 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.
tag: Ağdam, XaşXaş2024, Polis, Əməliyyat, todaypress.az,