Ağcəbədidə bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
Kriminal
06.06.2024 07:43
İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
tag: Ağcəbədi, Daxili İşlər Nazirliyi,Polis, Hindarx,todaypress.az,