5 ədəd odlu silah polisə təhvil verildi

Kriminal

12.10.2024 16:00

Şamaxıda 5 ədəd odlu silah polisə təhvil verilib.

Bu barədə DİN-dən TodayPress-ə bildirilib.

“Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları ümumilikdə 5 ədəd odlu silahı və patronları könüllü olaraq polisə təhvil veriblər” məlumatda qeyd olunub. 

tag: Silah,Şamaxı,Polis,DİN,Todaypress.az,