28 yaşlı qadın qətlə yetirildi, qardaşı saxlanıldı
Kriminal
25.08.2024 01:45
Avqustun 24-də saat 22:30
radələrində Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızının kəsici
alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
TodayPress xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba
regional qrupumdan bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini
törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə saxlanılıb.
Araşdırma aparılır.
tag: Qətl, Siyəzən, DİN, Polis, todaypress.az,