24 yaşlı gənci qətlə yetirən şəxs saxlanıldı
Kriminal
10.06.2024 19:49
İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
TodayPress xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
tag: Yevlax, Qətl, Daxili İşlər Nazirliyi, Kəsici alət, todaypress.az,