22 yaşlı gənc qəbiristanlıqda qətlə yetirildi
Kriminal
28.08.2024 02:34
Saat 21 radələrində Bərdə rayonunun
ərazisindəki qəbristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar
oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətinin Bərdə
regional qrupundan bildirilib.
Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən
şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis
əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
tag: Qətl, Bərdə, Ölüm, Cinayət,todaypress.az,