154 kiloluq ögey ana 10 yaşlı oğlunu üzərinə oturaraq öldürdü

Kriminal

20.07.2024 06:00

154 kiloluq ögey ana 10 yaşlı uşağın üzərinə oturaraq onu öldürüb.

TodayPress xəbər verir ki, qan dondnuran hadisə ABŞ-nin Şimali İndiana ştatında baş verib. Belə ki, 154 kilo olan Cennifer Li Uilson adlı qadın 7 dəqiqə boyunda 10 yaşlı ögey oğlunun üzərində oturaraq onu öldürüb.

“İndianapolis Star” qəzetinin yazdığına görə, Uilson övladlığa götürdüyü oğlunun nadinclik etməməsi üçün onun üstünə oturub və nəticədə oğlan bu prosesdə boğulub.

Qapı zənginin kamera görüntülərində qadının uşaq huşunu itirməsinə baxmayaraq, onun üzərində oturmağa davam etdiyi görülüb. Hadisə yerinə gələn polislər 10 yaşlı uşağın nəfəs almadığını görüblər. 10 yaşlı oğlan təcili tibbi yardım briqadasının ilkin yardımından sonra yerli xəstəxanaya aparılıb və 2 gün sonra orada öldüyü məlum olub.

Məlumata görə, ölümündən əvvəl uşaq qonşusunun evinə gedərək zorakılığa məruz qaldığını deyib və onu övladlığa götürmələri üçün yalvarıb. Sözügedən qonşu uşaqda gözəgörünən xəsarət görmədiyini deyib.

Cennifer Li Uilson adlı qadın polislər tərəfindən saxlanılıb. Günahı sübuta yetirilərsə, onu 6 ilə qədər həbs gözləyir.

Nəzrin Cavadzadə

tag: İndiana, Ağır çəki, ABŞ, Cinayət, todaypress.az,