Türkiyə Azərbaycana 100 min ağac tingi göndərdi
Kənd Təsərrüfatı
18.06.2024 16:40
Türkiyə Azərbaycana 100 min iynəyarpaqlı və yarpaqlı ağac tingi göndərib.
TodayPress-in xəbərinə görə, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi yanında Meşəçilik idarəsindən məlumat verilib.
Tinglər Eskişehir, Konya, Mersin, Şanlıurfa və Sakarya əyalətlərində meşə təsərrüfatında yetişdirilib.
İdarədən verilən məlumata görə, Bakıda və Azərbaycanın Qarabağ bölgəsində qardaş dövlətin ekologiyasına töhfə verəcək tinglərin əkilməsi nəzərdə tutulub.
tag: Türkiyə, Azərbaycan, Konya, Mersin, Şanlıurfa, Sakarya,