Şuşada növbəti əmək yarmarkası keçirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərində növbəti əmək yarmarkası keçirib.
Bu barədə TodayPress-ə ƏƏSMN-dən məlumat verilib.
Yarmarkada təhlükəsizlik üzrə qrup rəhbəri, bağban, komendant, elektrik və s. işlər üzrə vakansiyalar təqdim edilib.
Sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumatlar verilib.
Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbirə qatılan şəxslərə işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə də məlumatlar verilib.
tag: ƏƏSMN,Şuşa,Yarmarka, Qida, Səyyar ,todaypress.az,