Rüstəm Şahbazov: "Vahid qanun layihəsi hazırlanmalıdır"
Kənd Təsərrüfatı
16.12.2024 11:45
"Abşeronda və Bakıda kənd təsərrüfatı tipli torpaqlarda, neft mədəni ərazilərində tikinti işləri aparılıb".
TodayPress xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov "Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı" brifinqdə bildirib.
"Çox acınacaqlıdır ki, bu hallar hələ də davam edir. Bütün qurumlar əlbir olub bu halların qarşısını almağa çalışır. Amma bunun qarşısını almaq üçün vahid qanun layihəsi hazırlanmalıdır" deyə o, əlavə edib.
Günəş Mərd
tag: Rüstəm Şahbazov ,Neft ,Torpaq, Rəis, todaypress.az,