Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi artdı
Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmində artım qeydə alınıb.
Bu barədə TodayPress-ə Aqrar Tədqiqatlar Mərkəzindən məlumat verilib.
2025-ci ilin yanvar-fevral ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 faiz artıb.
Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1061.9 milyon manat təşkil edib ki, bunun da 94.7 faizi heyvandarlıq sahəsinin, 5.3 faizi bitkiçilik sahəsinin payına düşüb.
2025-ci ilin yanvar-fevral aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.9 faiz təşkil edib.
tag: Azərbaycan,Kənd təsərrüfatı məhsulları,Ümumi İstehsal Həcmi,Artım,Todaypress.az,