İlqar Həbiyev: "Kateqoriyası dəyişdirilən torpağın xüsusi təhlili aparılarsa, ödəniş tələb olunacaq"
Kənd Təsərrüfatı
16.12.2024 12:20
"Torpağın kateqoriyasının dəyişdirilməsi üçün ödəniş tələb olunmayacaq".
TodayPress xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev "Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı" brifinqdə bildirib.
Onun sözlərinə görə, ancaq kateqoriyası dəyişdirilən torpağın xüsusi təhlili aparılarsa, bu halda ödəniş tələb olunacaq.
"Torpaq kənd təsərrüfatı təyinatından çıxarılan zaman ,məsələn, əgər 5 hektar sahəsi olan torpağın 1 hektarının dəyişdirilməsi tələb olunursa, bu da əlavə maliyyə xərci tələb edəcək" deyə o əlavə edib.
Günəş Mərd
tag: Torpaq ,Təyinat, Zaman, Məsələ, todaypress.az,