Heyvanlarını sığortalayanlara şad xəbər - Tariflər endirildi

Kənd Təsərrüfatı

18.12.2024 15:27

“İndiyədək mal-qaranın sığortalanması üçün sığortatarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2%-i arasında dəyişirdi. İdarə heyətinin qərarı ilə iribuynuzlu heyvanların sığorta haqqı 5%, xırdabuynuzlu heyvanların sığortahaqqı isə 10% aşağı salınıb. Nəticədə iribuynuzlu mal-qara üçün 4,9-7,8%-ə, xırda buynuzlu heyvanlar üçünisə 4,65-7,37%-ə endirilib”. 

TodayPress xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri İmran Cümşüdov bildirib.

Onun sözlərinə görə, nəticədə, indiyədək 1000 manatlıq xırdabuynuzlu heyvanın (inək və ya camışın) illik sığorta haqqı seçilmiş sığorta zərfindən asılı olaraq fermerə 26-41 manata başa gəlirdisə, indi bu rəqəm 25-39 manata enib. 

“Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan yenilikdən sonra 73-117 manata endirilib, qiyməti 5000 manatolan heyvanların sığortası üçün isə fermerlər əvvəlki 129-205 manat əvəzinə, 122-195 manat ödəyəcəklər. 

Xırdabuynuzlu heyvanların sığorta haqqı daha çox - 10% aşağı salınıb. Belə ki, indiyədək xırdabuynuzlu heyvanların sığortalanması üzrə illik sığorta tarifi 5,2-8,2% arasında dəyişirdisə, indi bu rəqəm 4,6-7,4%-ə endirilib. 

Nəticədə, indiyədək 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçinin) illik sığorta haqqı fermerə 7,75-12,3 manata başa gəlirdisə, indi bu rəqəm 6,97-11 manata enib. 

Qiyməti 500 manat olan qoyun və keçinin sığortası isə əvvəllər fermerlərə 13-20,4 manata başa gəldiyi halda, hazırda bu məbləğ 11,6-18,4 manata endirilib. 

Heyvanları daha uzun müddətə – 2-3 illik sığortaetdikdə illik sığorta haqları daha aşağı olur”. 

O, xatırladıb ki, aqrar sığorta vasitəsilə heyvanları yoluxucu xəstəliklər, zəhərli otlar, yemlər və kimyəvimaddələrin təsirindən zəhərlənmə, ilan və ya həşəratsancması, vəhşi heyvanların hücumu, yanğın, təbiifəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına vədolu), üçüncü şəxslərin hərəkətləri, oğurluq, soyğunçuluq və quldurluq halları nəticəsində dəyənzərərlərdən sığortalayır. 

Kənd təsərrüfatı heyvanlarını 11 gündən başlayaraq sığortalamaq mümkündür. Südlük mal-qara 7 yaş, ətlik mal-qara 3 yaş, xırdabuynuzlu heyvanlar isə 5 yaşa qədər sığortalana bilər. 

Töhfə Səməd

tag: Kənd Təsərrüfatı, Sığorta, Xırdabuynuz,İmran Cümşüdov ,todaypress.az,

photo