Firidun Tağıyev işğaldan azad olunmuş ərazilərdəki kənd təsərrüfatı sahələrindən danışdı
Kənd Təsərrüfatı
16.12.2024 11:59
"İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahələrinin ən müasir formada qurulması hədəfimizdir".
TodayPress xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firidun Tağıyev "Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı" brifinqdə bildirib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə torpaq səmərəliliyinin təmin edilməsi üçün işçi qrupu yaradılıb və bu istiqamətdə işlər davam etdirilir.
F.Tağıyev "Torpaq Məcəlləsinə edilmiş dəyişiklər"dən söz açarkən vurğulayıb ki, bu dəyişikliklərlə kənd təsərrüfatı ilə məşğul olmaq istəyən subyektlərin öz fəaliyyətini genişləndirə biləcəklər.
Günəş Mərd
tag: Firidun Tağıyev ,Torpaq ,Məcəllə, Məşğul,todaypress.az,