Azərbaycandan xarici bazarlara meyvə ixracında ciddi artım

Kənd Təsərrüfatı

07.02.2025 10:05

1690

2025-ci ilin ilk ayında Azərbaycandan xarici bazarlara meyvə ixracında ciddi artım qeydə alınıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən TodayPress-ə məlumat verilib.

Qeyd olunub ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəmizdə meyvə ixracatının həcmi 23,5%, dəyəri isə 22,8% artıb. 

Bu ilin yanvar ayında xarici bazarlara 44,710.1 milyon dollar dəyərində 43,261.3 ton müxtəlif meyvə məhsulları ixrac olunub. 

İlin ilk ayında ölkəmizdən xaricə ən çox şişburun xurma, alma, armud, heyva, nar, sitrus meyvələri ixrac olunub.

tag: Meyvə ,İxrac,Kənd təsərrüfatı,Artım,Todaypress.az,