Azərbaycanda aqrar sektor 1 %-ə yaxın böyüdü
Kənd Təsərrüfatı
13.09.2024 20:18
2024-cü ilin ilk 8
ayında Azərbaycanda 8 milyard 723 milyon manat dəyərində kənd təsərrüfatı
məhsulu istehsal edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 0,8 %
çoxdur.
TodayPress xəbər verir
ki, bu barədə Dövlət Statistika Komitəsinin yayımladığı aylıq hesabatda
bildirilib.
Son bir ildə ölkədə
istehsal olunan bitkiçilik məhsullarının dəyəri 0,3 % artaraq 4 milyard 528 min
manat, heyvandarlıq məhsullarının dəyəri isə 1, 3% artaraq 4 milyard 195 milyon
manat olub.
Sentyabrın 1-nə qədər
tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 26 min ton və yaxud ötən ilin
eyni dövrünə nisbətən 0,8 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 498,2
min ton (0,8 % çox) tərəvəz, 799,2 min ton (8 % az) kartof, 503,4 min ton (1,7
% çox) meyvə və giləmeyvə, 482,3 min ton (11,9 % çox) bostan məhsulları, 66,8
min ton (9,2 % az) üzüm, 25,8 min ton (14,9 % çox) günəbaxan, 24,5 min ton (2,7
dəfə çox) şəkər çuğunduru, 3,3 min ton (56,6 % çox) tütün, 901,4 ton (1,8 %
çox) yaşıl çay yarpağı, 18,6 ton (86,8 % az) pambıq yığılıb.
2024-cü ilin ilk 8
ayında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 379,2 min ton ət, 1 milyon
489,2 min ton süd, 1572,5 milyon ədəd yumurta, 14,5 min ton yun, 239,4 ton barama
istehsal olunub, İllik müqayisədə ət istehsalı 1%, süd istehsalı 0,5 %, yumurta
istehsalı 6,2 % artıb, yun 1,8 %, barama istehsalı isə 32,9 % azalıb.
tag: Aqrar, Azərbaycan, Təsərrüfat,Kənd,todaypress.az,