Azərbaycan və İsrail torpaq idarəçiliyi sahəsində əməkdaşlığı müzakirə etdi

Kənd Təsərrüfatı

24.04.2025 16:27

11

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və İsrailin Torpaq Agentliyi arasında videokonfrans formatında görüş keçirilib. 

Bu barədə TodayPress-ə Dövlət Xidmətindən məlumat verilib. 

Görüşdə İsrailin torpaqların idarəolunması sahəsində təcrübəsi, qabaqcıl rəqəmsal kadastr sistemləri və bu sahədə tətbiq olunmuş yeniliklər təqdim olunub. 

Tərəflər reyestr, kadastr, geodeziya və sahəvi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

tag: Azərbaycan,İsrail,Torpaq,İdarəçilik,Todaypress.az,