Azərbaycan alma, armud və heyva ixracını 4%-dən çox artırdı
Kənd Təsərrüfatı
07.12.2024 19:10
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 129 790 ton alma, armud və heyva ixrac edib.
TodayPress Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çoxdur.
11 ay ərzində alma, armud və heyva ixracının ümumi dəyəri 155,361 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 10,5 % çoxdur.
tag: Alma, İxrac, Azərbaycan ,Müqayisə, todaypress.az,