Yenilənmiş "Tesla" modeli bazara təqdim olundu
İqtisadiyyat
24.01.2025 18:12
Yenidən tərtib edilən "Tesla" "Model Y"nin satışına başlanıb.
TodayPress xəbər verir ki, "Motor.ru" məlumat yayıb.
Artıq yenilənmiş versiya Çin və ABŞ-dəki avtosalonlarda öz yerini almağa başlayıb. Çinlilər yeni məhsulu 263500 yuan (61814,34 manat) başlanğıc qiymətinə ala bilərlər. ABŞ bazarlarında isə qiymət 59990 dollardır (14073,03 manat).
"Model Y Launch Series" bir dəfə şarj edilməklə təxminən 515 kilometr məsafə qət edə bilir. Lakin Çin versiyası daha fərqli nəticə verir - 719 kilometr.
Bundan başqa, elektromobil saatda 60 mil (96 kilometr) sürəti 4,1 saniyəyə yığacaq. Maksimal sürət saatda 201 kilometrdir. Yeniləmə ilə güc ehtiyatı 15 kilometr artıb, sürət yığma vaxtı isə 0,7 saniyə azalıb.
Töhfə Səməd
tag: Tesla,Model Y,Çin ,ABŞ,todaypress.az,