Yeni telefonun sim kart yuvası olmayacaq
İqtisadiyyat
27.11.2024 12:07
“iPhone 17 Air” prototiplərinin qalınlığının 5-6 mm arasında olduğu bildirilir. Müqayisə üçün qeyd edək ki, “iPhone 16”nın qalınlığı 7,8 mm-dir.
TodayPress xəbər verir ki, "Apple"ın gələn il "iPhone 16 Plus"u "iPhone 17 Air" ilə əvəz edəcəyi barədə şayiələr var. Çünki “Plus” modeli şirkətin hər il buraxdığı dörd model arasında ən aşağı satışlara malikdir.
"iPhone 17 Air" çox nazik “iPhone” olacaq. O qədər nazikdir ki, SİM kart yuvası belə olmayacaq. Üstəlik, SİM kart yuvasının olmaması nazik “iPhone” dizaynından istifadənin yeganə nəticəsi deyil. Bildirilir ki, "Apple" mühəndisləri də batareya tutumunu azaltmamaq üçün digər modellərdə standart olan ikinci dinamikdən imtina etməli olacaqlar.
Mənbə onu da qeyd edir ki, “iPhone 17 Air”-də ilk dəfə olaraq “Apple”ın öz 5G modemi olacaq. Hazırda ən nazik “iPhone” 6,9 mm qalınlığında “iPhone 6” olaraq qalır. Mövcud seriyada isə ən nazik “iPhone 16 Plus” 7,6 mm-dir. “iPhone 17” modellərinin 2025-ci ilin sentyabrında buraxılması nəzərdə tutulur.
tag: Apple, Nömrə, Telefon, İphone 16 Plus, Sim Kart, todaypress.az,