Yaxın Şərqdə neftin qiyməti kəskin artacaq - PROQNOZ
İqtisadiyyat
29.10.2024 17:55
Dünya Bankı Yaxın Şərqdə münaqişənin kəskinləşəcəyi təqdirdə neftin qiymətinin 2024-cü ilin sonunda 1 bareli 92 dollara qədər yüksələcəyini proqnozlaşdırıb.
TodayPress xəbər verir ki, bu barədə Dünya Bankının oktyabr ayı üzrə “Əmtəə bazarlarının perspektivləri” adlı hesabatında göstərilib.
Nəşr qeyd edib ki, münaqişənin inkişafı dünya neft bazarında təklifin 2% (gündə 2 milyon barel) azalmasına səbəb olarsa, o zaman vəziyyət 2003-cü ildə İraqda və 2011-ci ildə Liviyada baş vermiş münaqişələrin nəticələrinə bənzəyəcək. Əgər bu fasilələr təkrarlanarsa, “Brent” markalı neftin qiyməti ilkin olaraq kəskin artacaq və bir barel üçün 92 dollara çatacaq.
Dünya Bankı isə hesab edir ki, münaqişədən təsirlənməyən neft hasil edən ölkələr qiymət artımına tez reaksiya verə və hasilatı artıra biləcəklər. Nəticədə qiymət artımı uzun müddət davam etməyəcək və 2025-ci ildə bir barel üçün 84 dollar təşkil edəcək.
Dünya Bankının proqnozlarına görə, Yaxın Şərqdə münaqişə alovlanmasa, neftin qiyməti aşağı düşəcək.
Onlar həmçinin 2024-cü ildə qızılın qiymətinin 2023-cü ilin orta qiymətinə nisbətən 21% artacağını və rekord səviyyəyə çatacağını proqnozlaşdırırlar.
Töhfə Səməd
tag: Yaxın Şərq, Dünya Bankı,Neft, Barel, todaypress.az,