Yanvarın pensiyalarına edilmiş artımlar fevralda birgə ödəniləcək
Yanvar ayı üzrə pensiyalara edilmiş
artımlar fevralda birgə ödəniləcək.
TodayPress xəbər verir ki, bu fikirləri Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə
Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov keçirdiyi brifinqdə
səsləndirib.
O bildirib ki, pensiyaların indeksləşdirilərək
artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular,
hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil
olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb:
"Dövlət başçısının Sərəncamı ilə istehlak qiymətləri
indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi
hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2
faiz indeksləşdirilərək artırılır.
Bu da işləyən şəxslərin fərdi hesablarındakı pensiya
kapitallarının yalnız hər ay üzrə əməkhaqlarından sosial sığorta ayırmaları
əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə
əsasında artırıldığını da göstərir".
tag: Pensiya, Yanvar, Fevral, ƏƏSMN, DSMF, todaypress.az,