Yanvarda Azərbaycan Gürcüstanın ikinci ən böyük ixrac tərəfdaşı oldu
2025-ci ilin yanvarında Azərbaycan
Gürcüstanın ikinci ən böyük ixrac tərəfdaşı olub.
Bu barədə TodayPress Gürcüstanın Milli Statistika
Xidmətinin məlumatlarına istinadən xəbər verir.
Statistikaya görə, Gürcüstanın ümumi ixracı 19,3
% artaraq 403,9 milyon ABŞ
dollarına çatıb. Azərbaycanın Gürcüstandan idxalı isə 46,2 milyon
dollar təşkil edib.
Ümumilikdə, 2025-ci ilin yanvar ayında Gürcüstanın
ixracında MDB-nin payı 64,2 % təşkil edib.
Bununla yanaşı, Gürcüstanın bəzi əsas ixrac bazarlarına –
Rusiya, Türkiyə və Çinə satışlar azalıb. Əvəzində Azərbaycan Gürcüstan
məhsulları üçün sabit bazarlardan biri olaraq qalır.
tag: Gürcüstan, Azərbaycan, Statistika, MDB, ABŞ, todaypress.az,