Xurma idxalı artdı
Azərbaycan ötən il 15,5 milyon dollar dəyərində 10 min 173 ton xurma (təzə vəya qurudulmuş) idxal edib.
TodayPress Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə təxminən 2 dəfə çoxdur.
İdxalın 73 faizi İranın payına düşüb - 7398.48 ton.
Digər ölkələrdən idxalın həcmi belə olub: Birləşmiş Ərəb Əmirlikləri - 3.5 ton, Çin - 14 ton, Əlcəzair - 712.46 ton, İraq - 22 ton, İsrail - 166.81 ton, Fələstin - 114.41 ton, Misir - 22.11 ton, Səudiyyə Ərəbistanı - 122,28 ton, Tunis - 1597.43 ton, Türkiyə - 0.06 ton, Almaniya - 0.18 ton.
tag: Xurma,İdxal,Təzə,Qurudulmuş,Todaypress.az,