“Xiaomi” dünyanın ən güclü batareyasını yaradacaq
İqtisadiyyat
08.08.2024 16:35
Çinin “Xiaomi” korporasiyası rekord tutumlu akkumulyatora malik smartfonlar yaratmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “PhoneArena” məlumat yayıb.
Tanınmış insayder “Digital Chat Station”a görə, şirkət öz telefonlarının batareya tutumunu əhəmiyyətli dərəcədə artıracaq. Həmçinin, yeni modellərdə enerji daha sürətli doldurulacaq. Nəticədə cihaz 1 saatdan az bir müddətə tam dolmuş olacaq.
Hazırda 5000-dən 7500-ə qədər milliamper-saat tutumlu batareya versiyaları hazırlanır. Bununla da telefonlar 63 dəqiqədən 18 dəqiqəyə qədər vaxt sərf edərək enerji dolduracaqlar.
İnnovativ akkumulyatorlu smartfonların buraxılış tarixləri hələ ki, açıqlanmır.
Töhfə Səməd
tag: Xiaomi, Çin, Smartfon, Rekord, Telefonlar, todaypress.az,