Xəzər rayonunun bir hissəsində qaz olmayacaq
Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə 19.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə TodayPress-ə "Azəriqaz"dan məlumat verilib.
Qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
tag: Xəzər rayonu,Qaz,Təchizat,Fasilə,Todaypress.az,