Xəzər rayonunun bəzi ərazilərində qaz olmayacaq

İqtisadiyyat

11.03.2025 09:14

2759

 Xəzər rayonu, “Qala” QTM-dən qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə köçürülməsi məqsədi ilə 11.03.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Bu barədə TodayPress-ə “Azəriqaz”dan məlumat verilib.

Qaz təchizatı dayandırılan müddətdə Qala kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

tag: Azəriqaz,Xəzər,Qaz,Fasilə,Todaypress.az,