Xarici ticarət dövriyyəsinin müsbət saldosu 3,7 dəfə azaldı

İqtisadiyyat

17.03.2025 11:18

1801

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 % çoxdur.

Bu barədə TodayPress-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.

Son nəticədə xarici ticarətdə 628,45 milyon dollarlıq müsbət saldo yaranıb.

Bu da illik müqayisədə 3,7 dəfə azdır.

tag: Azərbaycan,Ticarət,Dövriyyə,Müsbət,Dövlət Gömrük Komitəsi,Todaypress.az,