“Windows” əməliyyat sistemində nasazlıq yarandı, bütün sistem çökdü
İqtisadiyyat
19.07.2024 12:26
“Windows” əməliyyat sistemində baş verən böyük nasazlıq nəticəsində banklar, hava yolları, media və digər sənaye sahələrində şirkətlərin fəaliyyəti müvəqqəti dayanıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, buna səbəb “ölümün mavi ekranı” (BSOD) kimi tanınan əməliyyat sistemində işləyən cihazların quraşdırılması zamanı baş verən kritik xəta olub.
Avstraliya, Böyük Britaniya və Avropa Birliyindəki banklar və şirkətlər müvəqqəti fasilə verdiklərini açıqlayıblar.
Hadisə nəticəsində zərərçəkənlər arasında İrlandiyanın “Ryanair” aviadaşıyıcısı və Britaniyanın “Sky News” telekanalı da var.
London Fond Birjası (LSE) isə məlumat xidmətində fasilələr olduğunu, lakin digər xidmətlərin normal fəaliyyət göstərdiyini açıqlayıb.
Töhfə Səməd
tag: Windows, Proqram, Britaniya, Avropa, Banklar, todaypress.az,