"WhatsApp"da yeni funksiya işə salındı
İqtisadiyyat
04.08.2024 04:58
"iPhone" istifadəçiləri
üçün "WhatsApp"ın beta versiyasında "Meta AI" süni
intellekti ilə ayrıca söhbət etmək imkanı yaranıb.
TodayPress xəbər verir ki, bu barədə
"WABetaInfo" portalı məlumat yayıb.
İstifadəçilər səsli və ya mətn
mesajlarından istifadə edərək neyron şəbəkəsi ilə əlaqə saxlaya bilərlər.
Gələcəkdə "Meta AI" səslə cavab verə biləcək, istifadəçilər isə təklif olunan bir neçə variant arasından süni intellekt üçün səsi seçə biləcəklər.
tag: WhatsApp, Beta, Funksiya, İphone, todaypress.az,