“WhatsApp”da yeni funksiya

İqtisadiyyat

24.07.2024 10:20

“WhatsApp”ın beta versiyasında “iPhone” üçün  maraqlı funksiya gəlib. İndi siz internet bağlantısı olmadan da, yaxınlıqdakı insanlarla fayl paylaşa bilərsiniz.

TodayPress xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Yenilik artıq sınaqdan keçirilib. Yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edən “Android” versiyasından fərqli olaraq, “iOS” versiyası faylları paylaşmaq üçün sizdən QR kodu skan etməyi tələb edir.

Ehtimal olunur ki, yenilik foto və videolar kimi böyük faylların yüksək keyfiyyətdə ötürülməsi prosesini xeyli sadələşdirəcək.  

Günəş Mərd

tag: Watsapp, Funksiya, Iphone, QR kOD, IOS, todaypress/az,