“WhatsApp”da yeni funksiya
“WhatsApp”, messencerin “Android” sistemində beta versiyasının istifadəçiləri üçün əlçatan olan mesajların tərcüməsi funksiyasını işə salıb.
TodayPress xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Proqramın 2.25.12.25 versiyasını quraşdıran "Android" telefonlarında "WhatsApp" testçiləri mesajları tərcümə etmək üçün dil paketlərini endirə biliblər. Dəstəklənən dillərə rus, ispan, ərəb, portuqal və hind dilləri daxildir. Bundan əlavə, istifadəçilərin avtomatik dilin aşkarlanması üçün xüsusi dil paketinə giriş imkanı var ki, bu da bir neçə dilin eyni vaxtda mövcud ola biləcəyi qrup söhbətlərində xüsusilə faydalıdır.
Qeyd olunur ki, tərcümə avtomatik baş verir. Lakin istifadəçilər istəsə, fərdi mesajların əl ilə tərcüməsini qura bilərlər. Həmçinin vurğulanır ki, bütün əməliyyatlar cihazda lokal olaraq həyata keçirilir - məlumatlar üçüncü tərəfin serverlərinə və ya "Meta" şirkətlərinə ötürülmür.
Tərcümə funksiyası şəxsi söhbətlərdə, qruplarda və kanallarda mövcuddur. Bununla belə, bu funksiya standart olaraq qeyri-aktivdir. Yaxın gələcəkdə dəstəklənən dillərin siyahısı genişləndiriləcək və əlavə dil paketləri təqdim ediləcək.
Yenilik artıq "WhatsApp"ın beta versiyasını yükləyən bəzi beta testerlər üçün əlçatandır. Bu funksiyanın messencerin stabil quruluşlarında nə vaxt işləyəcəyi açıqlanmır.
Töhfə Səməd
tag: WhatsApp,Android,Meta,Tərcümə,todaypress.az,