“WhatsApp”a yeni funksiya gələcək

İqtisadiyyat

18.09.2024 18:10

“WhatsApp” messencerində tezliklə yeni funksiya görünəcək. 

TodayPress xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilib ki, istifadəçilər statusu yenidən yükləməyə imkan verən düyməyə çıxış əldə edəcəklər. Materialda qeyd edilib ki, düymənin dizaynı və yeri daha çox istifadəçiyə bu funksiyadan istifadə etməyə imkan verəcək.

Yenilik hələ ki, sınaq mərhələsindədir. Onun gələcək yeniləmədə mövcud olacağı gözlənilir.

Töhfə Səməd

tag: Funksiya ,Yeni ,Sınaq ,Yenilənmə ,Messencer ,todaypress.az,