“WhatsApp” vaxta qənaət etmək üçün yeni funksiya gətirəcək
İqtisadiyyat
24.09.2024 20:45
“WhatsApp” vaxtınıza qənaət etmək üçün yeni funksiya gətirəcək.
TodayPress xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Qeyd olunur ki, “hamısını oxu” düyməsi Android
cihazları üçün messencer yeniləməsində görünəcək. Bu, şəxsi söhbətlər və
qruplar üçün işləyəcək.
Funksiya ekranın yuxarı sağ küncündə üç nöqtə ilə göstərilən
menyuda mövcud olacaq.
Bundan əvvəl messencerdə daha bir yeni variantın görünəcəyi
məlum olub. İstifadəçilər naməlum göndəricilərdən gələn spam mesajları bloklaya
biləcəklər. Mesajların həcmi normallaşdıqda blok avtomatik olaraq qaldırılacaq.
Aynur TAC
tag: Sosial Şəbəkə, Whatsapp, Android, Funksiya, todaypress/az,