"WHATSAPP" istifadəçilərinin nəzərinə: YENİ FUNKSİYA GƏLİR
İqtisadiyyat
18.06.2024 14:50
"WhatsApp" mesenceri yeni funksiyanı istifadəçilərinin ixtiyarına verməyə hazırlaşır. Qurum hazırda yeni interfeys üzərində işləyir.
TodayPress xəbər verir ki, bu funksiya qeyd olunan kontaktların məxfi qalmasını təmin etməklə status yeniləmələrinə yeni məxfilik qatı əlavə edəcək. Çünki yalnız onlar qeydlər haqqında bildirişlər alacaqlar və bunlar status ekranında digər izləyicilər üçün görünməyəcək.
Bu məxfilik tədbiri istifadəçilərə ünsiyyətlərində özlərini daha təhlükəsiz hiss etmələrinə kömək edəcək. Yenilik hazırda inkişaf mərhələsindədir və o tətbiqin gələcək yeniləməsində əlçatan olacaq.
tag: WhatsApp, Mesencer, Texnologiya, Interfeys, Maraqlı, todaypress.az,