"WhatsApp" istifadəçilərinin nəzərinə: YENİ FUNKSİYA GƏLİR
İqtisadiyyat
30.09.2024 15:05
“WhatsApp”da qəbul edilən material haqqında cəld məlumat əldə edə bilmək üçün yeni funksiya yaradılacaq.
TodayPress xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bildirilib ki, xidmət istifadəçilərə messencerdə göndərilən hər hansı bir internet linki haqqında məlumatı tez bir zamanda əldə etməyə imkan verəcək. Onun köməkliyi ilə istifadəçilər linkə keçid etmədən göndərilən fayl haqqında ətraflı bilgi öyrənə biləcəklər.
Mütəxəssislərin fikrincə, sözügedən funksiyanın yaradılmasında başlıca səbəb dələduzluğun qarşısını almaqdır.
Yeni funksiya hazırda inkişaf mərhələsindədir.
Töhfə Səməd
tag: WhatsApp ,Messencer, Mütəxəssislər ,Yeni Funksiya ,İstifadəçilər ,todaypress.az,