“WhatsApp” istifadəçiləri səsli mesajları mətnə çevirərək tərcümə edə biləcəklər

İqtisadiyyat

13.07.2024 08:48

“Meta”-ya məxsus “WhatsApp” hazırda istifadəçilərə mesajları birbaşa proqram daxilində müxtəlif dillərə tərcümə etməyə imkan verən qabaqcıl funksiyanı sınaqdan keçirir.

TodayPress xəbər verir ki, bu funksiya istifadəçilərə mesajları birbaşa proqram daxilində müxtəlif dillərə tərcümə etməyə imkan verir. İlkin olaraq istifadəçilər bu funksiyadan istifadə etmək üçün dil paketlərini yükləməli olacaqlar. İngilis və hindi dilləri ilk dəstəklənən dillərdir. Gələcəkdə daha çox dilin əlavə ediləcəyi gözlənilir. Hələlik funksiya bütün beta versiya istifadəçiləri üçün aktiv olmasa da bunun yaxın günlərdə bunun baş tutacağı gözlənilir.

Nəzrin Cavadzadə

tag: todaypress.az, WhatsApp, Səsli mesaj, Tərcümə, Beta,