Vüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçildi

İqtisadiyyat

03.05.2025 14:03

69

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) 8-ci Hesabat-Seçki Konfransı keçirilib.     

TodayPress xəbər verir ki, konfrans çərçivəsində Cəmiyyətin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə seçkilər baş tutub.

Səsvermə nəticəsində Vüqar Oruc növbəti dəfə AQC-nin idarə heyətinin sədri seçilib.   

Eyni zamanda Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov, Eldar Təhməzov AQC-nin idarə heyətinin üzvləri təyin olunub.

Namiq Məmmədov, Emin Novruzov, Tural Bağırov isə Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər.   

Qeyd edək ki, bundan öncə 2022-ci ildə keçirilən AQC-nin 7-ci Hesabat-Seçki Konfransında Vüqar Oruc Cəmiyyətin idarə heyətinin sədri seçilmişdi.

Türkan İsgəndərli

tag: Vüqar Oruc,Seçki,Konfrans,Sədr,Todaypress.az,

photo
photo
photo
photo