“Volkswagen” daha bir mühərrik növünün istehsalını dayandırdı
İqtisadiyyat
20.12.2024 18:50
“Volkswagen” əfsanəvi “VR6” mühərriklərinin istehsalını dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə “The Drive” məlumat yayıb.
Bildirilib ki, “VR6”nın istehsalı konveyerdə 34 ildən sonra başa çatıb. 1991-2024-cü illərdə bu mühərriklərdən 1,87 milyonu istehsal edilib. Əvvəlcə aqreqatın iş həcmi 2,8 litr olub, daha sonra isə 2,5 ilə 3,6 litr arasında olan versiyalar meydana çıxıb. Çıxış 140 ilə 299 at gücü arasında dəyişib. “VR6” “Golf”, “Audi TT”, “Atlas”, eləcə də ticarət mikroavtobuslarında quraşdırılıb.
Ekspertlər bu qərarı şirkətin maddi sıxıntıları ilə əlaqələndiriblər. Bildirilir ki, “Volkswagen”də işlər o qədər də yaxşı getmir. Dekabrın əvvəlində maaşları azaltmaq və Alman zavodlarını bağlamaq planları səbəbindən avtomobil istehsalçısının zavodlarını tətil dalğası bürüyüb.
Oktyabrın sonunda isə məlum olub ki, “Volkswagen” 2025-ci ildə Rusiyaya ehtiyat hissələri tədarük etməyəcək.
Töhfə Səməd
tag: Volkswagen, Mühərrik, İstehsal ,VR6, todaypress.az,