Vətəndaşlar elektron müraciət əsasında torpaqların təyinatını dəyişdirə biləcəklər - YENİLİK

İqtisadiyyat

16.12.2024 12:06

"2025-ci ildən Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək". 

TodayPress xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov "Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı" brifinqdə bildirib. 

Onun sözlərinə görə, torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı müraciətlər elektron qaydada həyata keçiriləcək. Bu torpaq təyinatlarının dəyişdirilməsi ilə bağlı prosedurları daha şəffaf edəcək. 

"Torpaq Məcəlləsinə edilən dəyişikliklər aqrar sektorda sahibkarlıq mühitinin daha da yaxşılaşmasına imkan yaradacaq" deyə o əlavə edib. 

Günəş Mərd

tag: Torpaq ,Məcəllə, Xidmət, Rəis ,todaypress.az,