Vergi ödəyicilərinin sayı 800 mini keçib

İqtisadiyyat

13.02.2025 12:15

2265

“Aktiv vergi ödəyicilərinin sayına baxsaq, bu göstərici 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 800 mini keçib”. 

TodayPress xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bunu “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forum iştirakçılarına video müraciətində deyib.   

Onun sözlərinə görə, iqtisadi sistem üçün əhəmiyyətli hesab etdiyimiz kateqoriya, yəni ƏDV ödəyicilərinin sayı 52,8 min təşkil edir. Burada da 3 dəfəyə yaxına artım var.   

"Vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqlərinin hesabına 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-neft özəl sektorda 443 mindən çox artıb. Vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələrinin artımı 82,1% təşkil edir. Bu günə özəl bölmədə əmək müqavilələrinin sayı dövlət sektorunu üstələyir ki, bu da əmək bazarının əhəmiyyətli leqallaşmasını ifadə edir. Həmçinin 2024-cü ildə cəmi əmək haqqı fondu 23,9 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə etsək, ümumilikdə 2.5 dəfəyədək, qeyri-neft özəl sektorda isə 2.7 dəfə artım müşahidə olunur. Yeri gəlmişkən, Azərbaycanın əmək bazarında apardığı islahatlar Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib". 

Töhfə Səməd

tag: Vergi,Xidmət,Neft,Sektor,Todaypress.az,