Velosipeddən alternativ enerji alma layihəsi təqdim olundu
İqtisadiyyat
04.10.2024 12:35
“Azerbaijan Shipping Company”nin (ASCO) reallaşdırdığı "Art Plast" layihəsi çərçivəsində bir sıra məhsulların təqdimatı baş tutub.
TodayPress xəbər verir ki, onlardan biri də enerji doldurmaq üçün hazırlanmış xüsusi velosiped layihəsidir.
Buna əsasən, velosipedin hər pedalı çevrildikcə ona bağlı olan qutucuğa enerji dolur. Nəticədə həmin qutucuqdan istifadə edərək rahatlıqla telefonları şarj etmək mümkündür.
Qeyd edək ki, “Art Plast” layihəsi çərçivəsində bu kimi bir neçə proyekt təqdim olunub. Hazırda "Suraxanı" gəmi-muzeyində "Açıq Qapı Günü" elan olunub və ziyarətçilər üçün tullantıların təkrar emala çevrilməsi mövzusunda xüsusi master-klass keçirilir.
Töhfə Səməd
tag: Azerbaijan Shipping Company ,Məhsullar ,Təqdimat ,ASCO ,Velosiped ,todaypress.az,