Unun topdansatış qiymətləri açıqlandı

İqtisadiyyat

06.05.2025 10:54

8

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb. 

TodayPress xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. 

Qeyd edilib ki, mayın 5-də Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.6-28.2 manat ətrafında dəyişib.   

Azərbaycanda unun ən aşağı topdansatış qiyməti 26,6 manat Şabranda, ən yüksək topdansatış qiyməti 28,2 manat Gəncədə qeydə alınıb.

tag: Un ,Qiymət, Antiinhisar ,İqtisadiyyat, todaypress.az,