Ukraynada demoqrafik və iqtisadi böhranın olacağı proqnazlaşdırıldı

İqtisadiyyat

11.06.2024 08:20

1544

Rusiyalı politoloq Juravlev Ukraynada demoqrafik və iqtisadi böhranların olacağını proqnozlaşdırıb.

TodayPress Lenta.ru-ya istinadla xəbər verir ki, politoloq Ukrayna üçün 500 min insanın itkisinin ciddi iqtisadi bphrana gətirib çıxaracağını deyib.

“Təkcə həlak olan 500 min insan yox, həm də onların dünyaya gətirəcəyi uşaqları da yoxa çıxıb. Demoqrafik böhranın nəticəsi iqtisadi böhran olacaq. Fakt budur ki, biz təfərrüatlı ixtisaslaşma dünyasında yaşayırıq. Hər bir texnoloji əməliyyatı bir şəxs yerinə yetirməlidir. Daha çoxu mümkündür, daha azı mümkün deyil. Müasir iqtisadi sistem belə qurulur. Buna görə də, Ukrayna artıq fiziki olaraq milyondan çox hissədən ibarət adi televizor belə istehsal edə bilməyəcək. Bunu icra etmək üçün kifayət qədər insan qüvvəsi olmayacaq” deyə Juravlev izah edib

Onun sözlərinə görə, bu səbəbdən bir çox ölkələr yüksək texnologiyalı məhsulların birgə istehsalına keçir. O, Fransa və Almaniyanın əvvəllər yaratdığı təyyarələri misal çəkib. “İndi eyni təyyarə Anglo-Franco-Alman oldu, çünki istehsal daha da mürəkkəbləşib. Bu gün kiçik əhali ilə böyük iqtisadiyyat yaratmaq fiziki cəhətdən mümkün deyil. Ona görə də iqtisadi böhran qaçılmaz görünür” politoloq fikrini yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın baş naziri Nikolay Azarov Ukraynanın itkilərinin sayının 500 min nəfərdən çox olduğunu bildirmişdi. O, Ukraynada az sayda gəncin qaldığını, 40 yaşlıların isə 20 yaşlılardan iki dəfə çox olduğuna diqqət çəkmişdi.

 GÜNEL

tag: Ukrayna, Demoqrafik böhran, İqtisadi böhran, Politoloq, todaypress.az,